Azərbaycan Ordusu daha beş şəhid verdi – SİYAHIbackend

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində şiddətli döyüşlər davam edib.

Oxu.Az xəbər verir ki, bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

Düşmən hücumunun qarşısını alardən döyüşdə Azərbaycan Ordusunun aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olub.

Mayor Əhmədov Namiq Hajan oğlu

Mayor Novruzov Anar Gülverdi oğlu

Gizir Zeynallı İlqar Ayaz oğlu

Gizir Babayev Yaşar Vasif oğlu

Müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu.