Azərbaycan Ordusu yeni tırtıllı və xizəkli texnikalar alıbbackend

Azərbaycan Ordusuna yeni tırtıllı və xizəkli texnika vasitələr alınıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, alınan yeni tırtıllı və xizəkli texnika vasitələri ilə qarla örtülmüş çətin relyefli ərazilərdə şəxsi heyətin, o cümlədən yüklərin fasiləsiz daşınması təmin edilir.

Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarında səfəri zamanı yeni texnikalara baxış keçirib.