Azərbaycan ordusunun giziri intihar edib – RƏSMİbackend

Azərbaycan ordusunun hərbi qulluqçusu, gizir Məmmədov Namin Ruslan oğlu məzuniyyətdə olarkən yaşadığı ünvanda intihar edib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Hadisə oktyabrın 14-də axşam saatlarında qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.