Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusu dəfn edildibackend

Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçumuz dəfn edilib.

İctimai.az-ın məlumatına görə, Tağıyev Pərviz Hafiz oğlunun nəşi doğulduğu Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Müddətdən Artıq Həqiqi Hərbi Xidmət keçən Hərbi Qulluqçu (MAHHXHQ) P.Tağıyev müharibənin ilk günlərində itkin düşmüşdü.