Azərbaycan polisi Xankəndiyə qanunsuz yük daşıyan iranlı sürücüləri saxladıbackend

Xankəndiyə yük daşıyan iki iranlı sürücü Azərbaycan polisi tərəfindən Gorus-Qafan yolundakı postda saxlanılıb.

Bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, onlara bildirilib ki, Azərbaycan ərazisinə qanunsuz yük daşımaq qadağandır.

“Azad İran” kanalının verdiyi məlumata görə, sürücülərə İran tərəfi ilə danışmaq imkanı yaradılıb.

Məsələ barədə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, həmin sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar:

“Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Azərbaycanın aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən saxlanılıblar”.

O qeyd edib ki, həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək.