Azərbaycan Premyer Liqasında “Qarabağ”ın oyunu da təxirə salındıbackend

Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Qəbələ” oyunu təxirə salınıb.

Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Belə ki, “Qarabağ”ın heyətində yeddi futbolçuda COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün bu matç sabah baş tutmayacaq.

Beləliklə, Premyer Liqada XII turun bütün qarşılaşmaları təxirə salınıb. Turun keçiriləcəyi tarixlə bağlı əlavə məlumat PFL-in rəsmi saytında yerləşdiriləcək.

Qeyd edək ki, “Qarabağ”da koronavirusa yoluxmuş Mahir Emreli ilə Abbas Hüseynova Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov və kolumbiyalı Kevin Medina da qoşulub.

İctimai.az