Azərbaycan Premyer Liqasında sonuncu tura start veriləcək.backend

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu – XXXVI tura start veriləcək.

Hər üç qarşılaşma eyni saatda başlayacaq.

Matçlar avrokuboklara vəsiqə baxımından əhəmiyyətli olacaq.

“Zirə” “Səbail”i, “Neftçi” “Sabah”ı, “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək.

Hazırda “Neftçi” 56 xalla ikinci pillədə qərarlaşıb. 55 xala malik olan “Zirə” və “Sabah” 3-4-cü yerləri bölüşdürürlər. “Sumqayıt” isə 54 xalla beşincidir. “Səbail” 42 xalla yeddinci, “Qəbələ” 26 xalla sonuncu-onuncu yerdədir.