Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib – FOTObackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının iclasında iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.

AZƏRTAC xəbər verir ki, Sankt-Peterburq şəhərinin “Pulkovo-2” hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşıladılar.