Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Bəyanat yaydıbackend

BƏYANATI

Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş humanitar atəşkəs qərarını heçə sayaraq Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin yaşayış məhəllələrinin raket atəşinə tutulması erməni vandalizminin daha bir nümunəsidir.

Bununla Ermənistan dünyaya iki mesaj verdi: birinci mesajı o oldu ki, bu ölkə üçün heç bir müqəddəs dəyər yoxdur və o, lazım gəlsə, onu dünyaya gətirib, qucağında böyüdüb, yedirib-içirib, yox yerdən ona millət və dövlət statusu verən bir gücə də arxa çevirə, onun qərarını heçə saya bilər. Yəni erməni dediyimiz bu toplum bu qədər şərəfsiz və etibarsızdır.

Ermənistanın dünyaya ikinci mesajı o oldu ki, A.Metsin “ağ dərili qullar içərisində ən pisi” hesab etdiyi ermənilər 21-ci əsrdə yaşasalar da, insanlığın yarımvəhşi dövründən irəli getməmişlər. Necə ki 1918-1920-ci illərdə dinc əhalini damlara doldurub diri-diri yandırır, quyulara doldurub diri-diri basdırır, kötük üstündə diri-diri qolunu-qıçını kəsib tonqala atırdılar, necə ki 1992-ci ildə Xocalıda günahsız insanları, uşaqları, qocaları, qadınları vəhşicəsinə qətlə yetirir, bununla ürəkləri soyumayıb, meyitlərin üzərində işgəncə əməlləri edirdilər, 2020-ci ildə də cəbhədən 100 km aralıdakı Gəncə şəhərinin dinc əhalisini gecə yarısı yatdıqları yerdə raket atəşi ilə darmadağın edirlər.

Ermənilərin 200 ildən bəri bölgədə davam etdirdikləri bütün bu terrorçu əməlləri nəticəsində milyonlarla insan qətlə yetirilmiş, əlil olmuş, doğma ocağından, yurdundan didərgin düşmüşdür. Son 200 il ərzində Yaxın Şərqdən və dünyanın ən müxtəlif ölkələrindən mərhələ-mərhələ köçürüldükləri tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində ermənilərə qondarma dövlət yaradılmış və onlara öz terrorçu əməllərini davam etdirmək üçün hər cür maddi, mənəvi və hərbi dəstək verilmişdir.

Artıq dünyanın 200 ildən bəri ermənilərin bütün bu yaramaz hərəkətlərinə susduğu yetər!

1988-ci ildə Ermənistan ərazisindən qovulan 300 min azərbaycanlı qaçqının, 1991-1994-cü illərdə Qarabağ ərazisindən qovulan bir milyona yaxın məcburi köçkünün taleyinə 30 il biganə qalan, bununla da ermənilərdə cəzasızlıq sindromu yaradan və onları yeni-yeni cinayətlərə həvəsləndirən bəzi dünya dövlətləri, beynəlxalq təşkilatlar ermənilərin bugünkü vəhşi əməllərinə görə tarixi məsuliyyət daşıyır və ermənilərə “dur” deməyə borcludurlar.

Bu gün erməniyə dəstək verən dövlətlər, təşkilatlar və şəxslər ermənidən də cinayətkardırlar və insanlıq düşmənidirlər!

1988-1991-ci illərdə indiki Ermənistandakı tarixi torpaqlarından qovulan 300 min azərbaycanlı qaçqın adından belələrinə “yox” deyirik və bütün bu vəhşiliklərə son qoyulmasını, ermənilərin durdurulmasını tələb edirik!

Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli

Reklam 160×600 (Sağ)

Reklam 160×600 (Sağ)