Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Bəyanat yaydıbackend

14 iyulda Bakı şəhərində gənclərin keçirdiyi
həmrəylik aksiyası ilə bağlı.

İcmadan “Yeni Gündəm”ə daxil olan bəyanatda deyilir

İyulun 12-dən etibarən Ermənistanın Azərbaycanın Tovuz rayonu sərhədində başlatdığı növbəti hərbi provakasiyası Azərbaycan Silahlı Qüvvələri tərəfindən öz layiqli cəzasını almış, şanlı ordumuz düşməni ciddi tələfatlara uğradaraq geri oturtmuşdur. Döyüşlərdə şəhidlərimiz var. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik.

Azərbaycan xalqı hadisə ilə bağlı böyük həmrəylik göstərmiş, ordumuzun, dövlətimizin və Ali Baş Komandanın yanında olduğunu nümayiş etdirmişdir.

Dünən Bakı şəhərində gənclərin keçirdiyi aksiya da bu həmrəyliyin növbəti təzahürü idi. Gənclərimiz torpaqlarımızı düşməndən azad etmək üçün hər an silaha sarılmağa hazır olduqlarını bu aksiya vasitəsilə dünyaya bəyan etdirmişlər. Lakin cəbhədə provakasiya törədən düşmən, onun arxasında dayanan qüvvələr öz agentura şəbəkəsi vasitəsi ilə gənclərin ordumuz, dövlətimiz və Ali Baş Komandanla bu həmrəylik aksiyasına kölgə salmağa çalışmış, kütlə içərisinə sızdırdıqları təhrikçilərlə gəncləri provakasiyaya çəkməyə cəhd etmişlər. Lakin təmkinlik nümayiş etdirən cəsur polis əməkdaşlarımız tərəfindən bu cəhdin qarşısı vaxtında alınmışdır.

Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, qaçqınlar adından bu provakasiya əməlini qəti şəkildə pisləyir, onu ölkəmizdə antimilli, antidövlət mövqedə dayanan, üçüncü dövlətin maraqlarına xidmət edən həmin təxribatçı qüvvələrin – 5-ci kalon nümayəndələrinin hərəkətləri hesab edir, müvafiq qurumları bu əməllərin təşkilatçılarını aşkarlayıb təcili zərərsizləşdirməyə çağırırıq.

Bir daha bəyan edirik ki, bütün Azərbaycan xalqı kimi, Qərbi Azərbaycan qaçqınları da son nəfərinə qədər ordumuzun, dövlətimizin və Prezidentimizin yanındadır, Ali Baş Komandanın əsgəridir və Ali Baş Komandanın əmri ilə hər an silaha sarılmağa hazırdır! Allah dövlətimizi qorusun, ordumuzu qorusun, xalqımızı qorusun!