Azərbaycan regionun və beynəlxalq siyasət faktorunun aparıcı qüvvəsidirbackend

Prezident İlham Əliyev Ermənistanın ölkəmizə və xalqımıza qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və vandalizm haqqında geniş məlumat verməklə saxta erməni təbliğat maşınına növbəti zərbəni vurmuş oldu

“Cənubi Qafqaz-inkişaf və əməkdaşlıq” mövzunda Bakıda təşkil olunan konfrans həqiqətlərin növbəti dəfə dünya ictimaiyyətinin, ayrıca olaraq, elmi dairələrin diqqətinə çatdırılması baxımından özündə bir çox mühüm məqqmları ehtiva edir. Beynəlxalq beyin mərkəzlərinin nümayəndələri fikir daşıyıcıları olmaqla yanaşı, həm də fikrə təsir etmək imkanına malikdirlər. Tədbirdən əvvəl konfrans iştirakçılarının işğaldan azad edilmiş Azərbaycan torpaqlarına səfər etmələri Ermənistanın işğalçılıq siyasəti və erməni vandalizmi haqqında onlarda aydın təsəvvür yaratdı və bu, Azərbaycanın postmünaqişə dövründəki vəziyyəti üçün olduqca vacibdir. Bütün bunlar isə Azərbaycanın yaratmış olduğu yeni reallıqların dünyada qəbul etdirilməsi. Hesab edirəm ki, hər iki hal üçün beynəlxalq beyin mərkəzlərində regiondakı vəziyyət haqqında aydın təsəvvürlərin formalaşdırılması təsirli olacaq.

Eyni zamanda, Prezident İlham Əliyev Ermənistanın ölkəmizə və xalqımıza qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və vandalizm haqqında geniş məlumat verməklə saxta erməni təbliğat maşınına növbəti zərbəni vurmuş oldu. Dövlətimizin başçısı üçtərəfli Bəyanatın imzalanmasından sonra ermənilərin müraciətinə əsasən Azərbaycan tərəfinin Kəlbəcərin boşaldılması üçün onlara əlavə on gün möhlət verməsindən vandalizm törətmək üçün istifadə etdiklərini, evləri, su elektrik stansiyalarını yandırdıqlarını konfrans iştirakçılarının diqqətinə çatdırdı və eyni zamanda, Prezident bu məqamları səsləndirməklə bir daha ermənilərin vandal, təcavüzkar mahiyyətini ortaya qoydu.

Azərbaycan Prezidentinin konfransda toxunduğu məsələlərdən biri də ATƏT-in Minsk qrupu ilə bağlı oldu. Ermənistan tərəfindən Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirilən zaman BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri xatırladan dövlətimizin başçısı həm də vurğuladı ki, BMT TŞ-nin daimi üzvlərindən üçü ATƏT-in Minsk qrupunun həmsədrləri idilər. İşğalın nəticələri Ermənistan və ATƏT-in Minsk qrupu üçün məqbul idi. Azərbaycan üçün isə məqbul deyildir. Ölkə rəhbəri tərəfindən bu məqamın diqqətə çatdırılması vacib idi.

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonrakı prosesləri pozitiv dəyərləndirərək sülh müqaviləsi üçün Azərbaycanın irəli sürdüyü beş təklifin Ermənistan tərəfindən qəbul olunduğunu bildirdi. Beləliklə, Azərbaycan tərəfinin irəli sürdüyü prinsiplər gələcək sülh sazişinin əsasını təşkil edəcək. Bu prinsiplərə uyğun olaraq, Ermənistan tərəfi sərhədlərin müəyyənləşdirilməsi üçün işçi qrupunun yaradılmasına razılıq verib. Bütün bunlar bir daha nümayiş etdirir ki, Azərbaycan prosesləri öz ədalətli maraqlarına uyğun şəkildə inkişaf etdirməkdədir.

Artıq ictimaiyyət də aydın dərk edir ki, Azərbaycan sülh və əməkdaşlıq gündəliyini təbliğ edir. Ermənistan tərəfi müharibədən sonra iki ilə yaxın müddətdə sülh sazişini imzalamaqdan yayınmağa çalışdır. Müxtəlif vasitələrə əl atan Ermənistanın özünün ağır məğlub durumunu qismən də olsa yüngülləşdirmək istiqamətində etdiyi bütün cəhdlər səmərəsiz oldu. Belə olan halda Ermənistan Azərbaycanla sülh müqaviləsini bağlamağa razı olduğunu bildirdi. Bununla, biz düşməni sülhə məcburetmə taktikasını həyata keçirmiş olduq. Bu həm də onu sübut edir ki, Azərbaycanın müəyyənləşdirdiyi sülh gündəliyi ümumilikdə Cənubi Qafqazın inkişafına xidmət edir.

Prezident İlham Əliyev tərəfindən bu məqama ayrıca toxunulması həm də bir çağırış xarakteri daşıyır. Hazırkı mərhələdə isə, Azərbaycanın yaratdığı yeni reallıqlar həm region dövlətləri, həm də burada mafraqları olan kənar subyektlər üçün real imkanlar açır. Beləliklə, hamılıqla qəbul olunur ki, Azərbaycan regionun aparıcı qüvvəsidir.

Fuad Heydərli

YAP Səbail rayon təşkilatının təlimatçısı