29 may 1992-ci ildə Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında diplomatik əlaqələr yaradılmışdır.
2007-ci ildə Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyi açılmışdır. 2008-ci ildə Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi açılmışdır.
2007-ci il 15 mart tarixində Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında tarixli dostluq və əməkdaşlıq haqqında Müqavilə imzalanmışdır.
27-28 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev MDB-yə üzv ölkələrin Dövlət Başçıları Şurasının toplantısında iştirak etmək üçün Tacikistan Respublikasına işgüzar səfər etmişdir
10-11 avqust 2018-ci ildə Tacikistan Prezidenti cənab E.Rahmon Azərbaycana rəsmi səfər etmişdir.
29-30 mart 2021-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu nazirlər konfransında iştirak etmək üçün Tacikistan Respublikasına rəsmi səfər etmişdir.
Azərbaycan-Tacikistan dostluğunun möhkəmləndirilməsinin və Tərəflərin ikitərəfli münasibətləri daha keyfiyyətli səviyyəyə qaldırmaq səylərinin Tərəflər arasında hərtərəfli əməkdaşlığın dərinləşdirilməsinə yardım edəcəyinə və regional təhlükəsizliyin və inkişafın təminini məqsədilə bu günə qədər 57 sənəd imzalanmışdır. Azərbaycan-Tacikistan münasibətləri hər zaman beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Helsinki Yekun Aktına və İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində qəbul edilmiş sənədlərə qəti şəkildə tərəfdar çıxaraq, dövlətlərinin suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında dövlətlərarası münasibətləri hərtərəfli möhkəmləndirmək qətiyyətlərini təsdiq edərək, qanunun aliliyi, demokratiya, insan hüquqları və bazar iqtisadiyatının prinsipləri əsasında ikitərəfli münasibətlərin bundan sonra da möhkəm təməl üzərinə inşa etdirilərək gücləndiriləcəkdir. Bu sənədlər siyasi, ticarət-iqtisadi, energetika, nəqliyyat, istehsal, elmi-texniki, kənd təsərrüfatı, informasiya, humanitar sahələrdə ikitərəfli əməkdaşlığa yeni keyfiyyət vermək və onun hüquqi bazasını möhkəmləndirməyə xidmət etməkdədir.
Deməkr istərdim ki, Biz Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında münasibətlərin gələcəyinə nikbinliklə baxırıq, bu münasibətlərin daha da genişlənməsi və dərinləşməsi üçün əlimizdən gələni etmək əzmindəyik.
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfəri və bu səfər çərçivəsində aparılan işlər bunu deməyə əsas verir.
Azər Nemətli,
YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədr müavin
