Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldıbackend

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevi quruma dəvət edib.

İctimai.az-ın verdiyi məlumata görə, bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilib ki, diplomat Bakının “qeyri-dost” hərəkətləri və rusiyalı jurnalistlərin “qanunsuz” saxlanılması ilə əlaqədar Rusiya XİN-ə çağırılıb.

Xatırladaq ki, bu gün “Sputnik Azərbaycan”ın ofisində əməliyyat keçirilib və iki nəfər saxlanılıb.