“Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması ictimai birliyi, “Azərbaycan Təbiətinə Səyahət” layihəsinin icrasının 2-ci mərhələsini uğurla bitirmişdir.
Layihəninin əsas məqsədi orta məktəb şagirdlərindən ibarət, ümumilikdə 60 nəfər şagirdin 3 milli parka ekskursiyasını təşkil etməklə onların təbiətə adaptasiyasına dəstək olmaq, ekoloji bilgiləri möhkəmləndiməkdir.
Səyyahlar ictimai birliyinin təşkilatçılığı ilə “Azərbaycan Təbiətinə Səyahət” layihəsi çərçivəsində Şirvan Milli Parkına ekskursiya təşkil olunmuşdur.

