Azərbaycan Turizm Bürosunda yeni təyinat olubbackend
Azərbaycan Turizm Bürosunda yeni təyinat baş tutub.
İctimai.az xəbər verir ki, Hüseyn Məmmədov qurumun Regional İnkişaf bölməsinə müdir təyin olunub.
Bu təyinata qədər o, Dövlət Turizm Agentliyinin əməkdaşı, Turizm Könüllüləri Təşkilatının sədri, Gənclər Təşkilatları Milli Şurasının Baş katibi və bir çox qeyri-hökumət təşkilatlarında rəhbər vəzifələrdə çalışıb.