Azərbaycan-Türkiyə qardaşlığını dünyaya bildirən Şuşa Bəyannaməsibackend

Prezident İlham Əliyev: “Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”

44 günlük Vətən müharibəsindən Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması  aktualdır. Həmçinin Zəngəzur dəhlizinin açılması, onun region üçün yaratdığı perspektivlər mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respubliksasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, demək olar ki, bütün görüşlərindən bu məsələləri müzakirə edirlər. Xüsusən Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti ilə bağlı da fikir mübadiləsi aparılır. 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasından sonra bu istiqamətdə fəaliyyət artıq strateji məqsəd daşıyır. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır. Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir.

Azərbaycanın İkinci Qarabağ müharibəsində şanlı Qələbəsi geniş geosiyasi məkanda da ciddi dəyişikliklərə səbəb olub. Hazırda Azərbaycan regionun yeni geosiyasi mənzərəsini formalaşdırır. Eyni zamanda dövlətimiz yeni diplomatik münasibətlər modellərini və platformalarını ortaya qoyub. Bu baxımdan Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq platforması da beynəlxalq aləmdə numunə olaraq qəbul edilir. Bu münasibət regionun digər dövlətləri ilə də quruluduğundan ölkəmizin nüfuzu daha da artırb. Bütün bunlar region ölkələri üçün yeni siyasi və iqtisadi perspektivlər yaradıb. Bu cür müttəfiq və tərəfdaş dövlətlərlə daha etibarlı əlaqələrin qurulması prosesi davam edir. Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”. Bu gün Azərbaycanın Türkiyə ilə əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu da regionun bütün dünya üçün daha böyük maraq kəsb etməsinə geniş imkan yaradıb. Dünyada cərəyan edən proseslərə Azərbaycan-Türkiyə müttəfiqliyinin də təsir göstərmək imkanı var.

Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Müstəqillik dövründə Azərbaycanla Türkiyə arasındakı münasibətlər çox yüksək səviyyədə olub. Əlbəttə ki, Vətən müharibəsindən sonra bu münasibətlər daha da möhkəmlənib. Bu da iki dövlət bir millət olaraq qardaşlıq və mövcud geopolitik zərurətdən irəli gəlmişdir. Türkiyə Azərbaycanın apardığı haqq işinə hər zaman dəstək verib.

Son illər ərzində Azərbaycanın dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar ilə münasibətləri daha da inkişaf edib. Bu da Prezident İlham Əliyevin yüksək siyasi və diplomatik istedadı sayəsində baş tutub. Artıq Azərbaycan təkcə regionda deyil, eyni zamanda, beynəlxalq aləmdə söz sahibinə çevrilən dövlətdir. Şuşa Bəyannaməsi də ölkəmizin beynəlxalq nüfuzunu artırır. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artırır. Şuşa Bəyannaməsinin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər xüsusi qeyd edilməlidir. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir. Azərbaycan-Türkiyə münasibətlərinin indiki tarixi mərhələsinə gəlib yetişməsində iki türk liderinin- Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın dostluğu da xüsusi əhəmiyyət daşıyır.

Hər iki Prezidentin regionun və dünyanın gələcəyinə ümumi baxışları var. Azərbaycan və Türkiyə Prezidentlərinin görüşləri, rəsmi səfərləri hər iki ölkədə böyük rəğbətlə qarşılanır. Hətta  Azərbaycan və Türkiyədən kənarda olan hər hansı beynəlxalq tədbirdə Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın çox böyük səmimiyyətlə görüşü ətrafdakılar tərəfindən maraqla izlənilir.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu