Azərbaycan və Macarıstan münasibətlərində kuliminasiya nöqtəsibackend

Azərbaycan və Macarıstan diplomatik münasibətlərin 31-ci ildönümünə qədim qoyduğu bir dövrdə, yüksək səviyyəli və çoxşaxəli tərəfdaşlıq əlaqələri ilə möhkəmlənmiş uzunmüddətli dostluğun müxtəlif mərhələlərinə nəzərə salmaq lazımdır.

Diplomatik münasibətlərin 31 illik formal tarixi daha çox statistikaya aid olsa da, iki xalq arasında münasibətlərin faktiki tarixi bu 31 illik müddətdən daha dərin tarixə dayanır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin yanvarın 29-da Macarıstana səfəri çərçivəsində atılan addımlar bunu deməyə əsas verir.

Çoxəsrlik ortaq tarixi köklərə söykənən Azərbaycan-Macarıstan əlaqələri tərəqqi yolunda sürətlə inkişaf edərək, dövlətlərarası ikitərəfli münasibətlərə nümunə təşkil edib.  İki ölkə bir çox sektorlarda, o cümlədən siyasi, iqtisadi, mədəni və təhsil sahələrində güclü tərəfdaşlıq qurmağa müvəffəq olub.

Faktiki Azərbaycan-Macarıstan münasibətlərinin 30 illik tarixi olmasına baxmayaraq, iki ölkəni bir sıra ümumi tarixi, dil və mədəni xüsusiyyətləri bölüşür.

Macarıstan Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb və iki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 27-də qurulub.

Səfirliklərin fəaliyyətə başlamasından bu yana Azərbaycan-Macarıstan əlaqələri qarşılıqlı faydalı addımlarla inkişaf edib və möhkəmlənib.

İki ölkə arasında 50-dən artıq sənəd imzalanıb. Azərbaycan və Macarıstan beynəlxalq və regional təşkilatlar çərçivəsində, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində də səmərəli əməkdaşlıq ediblər.

Macarıstan Azərbaycanla strateji tərəfdaşlıq sazişini 2014-cü il noyabrın 11-də imzalayıb.

Əsas sazişlə yanaşı, tərəflər Budapeşt və Bakı arasında birbaşa uçuşların bərpasını nəzərdə tutan aviasiya sahəsində əməkdaşlıq sazişi, azərbaycanlı tələbələr üçün təqaüd sazişi, idman, gənclər və turizm üzrə sazişlər imzalayıblar.

Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban arasında keçirilən görüşdə tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsinə Macarıstanın dəstəyini qeyd etdilər, iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardılar.

Macarıstan Ermənistan-Azərbaycan, keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəkləyib.

Münaqişədən sonrakı dövrdə Macarıstan şirkətləri daima Azərbaycanın Qarabağ bölgəsinin bərpasında iştirak etməyə hazır olduqlarını qeyd ediblər.

Macarıstanın Exim Bankı yenidənqurma proqramının bir hissəsi olmaq istəyən şirkətlər üçün 100 milyon dollarlıq kredit xətti açıb.

Ötən illər ərzində Azərbaycan və Macarıstan iqtisadi əlaqələri xeyli genişləndirib. Bakı və Budapeştdə birgə 10-dan çox biznes forum və görüşlər, o cümlədən Azərbaycan-Macarıstan biznes forumu və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası keçirilib.

Azərbaycan-Macarıstan biznes forumu hər iki tərəfin ikitərəfli ticarət və biznes şəbəkələrinin genişləndirilməsi sahəsində əməkdaşlıq perspektivlərini araşdırmaq səylərinin bir hissəsidir. Forum hər iki ölkə üçün kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübənin mübadiləsi üçün mühüm şərait yaratmışdır.

İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası çərçivəsində Azərbaycan və Macarıstan arasında bir sıra ikitərəfli əməkdaşlıq sazişləri də imzalanıb. 2012-ci ildə Bakıda Macarıstan Ticarət Evinin açılışı qarşılıqlı ticarətin genişlənməsinə mühüm təsir göstərə biləcək digər mühüm hadisədir.

Ticarət evi cari iqtisadi əlaqələrin inkişafına diqqət yetirir və ölkələrin iş adamları arasında əlaqələrin genişlənməsinə öz töhfəsini verir. Bununla yanaşı, 2021-ci ildə Azərbaycan-Macarıstan ticarət dövriyyəsi 35,1 milyon dollar, ixrac 1,7 milyon dollar, idxal isə 33,3 milyon dollar təşkil edib.

Enerji layihələrinin reallaşdırılması üçün bir sıra razılaşmalar əldə olunub. Enerji üzrə İşçi Qrupun ikinci iclasında iki ölkə arasında enerji sahəsində əməkdaşlığın hazırkı vəziyyəti vurğulanıb.

Görüşdə bərpa olunan enerji sahəsində Azərbaycan-Macarıstan əməkdaşlığı, Cənub Qaz Dəhlizi çərçivəsində tərəfdaşlıq, Macarıstan üçün təbii qazın nəqli imkanları, o cümlədən LNG və CNG-nin nəqli və paylanması sahəsində əməkdaşlıq və Macarıstanın MOL qrupunun Azərbaycandakı fəaliyyəti və s.

Bütün bu görüşlər iki ölkə arasında  münasibətlərin ən yüksək səviyyədə olduğunu və Baş nazir Viktor Orbanın cənab Prezidenti özünə nümunəvi dövlət başçısı hesab etməsi bir daha nümayiş etdirdi.

Azər Nemətli,

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru, YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədr müavini