Azərbaycan XİN İrana başsağlığı veribbackend

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İrana başsağlığı verib.

İctimai.az xəbər verir ki, bu barədə XİN sosial şəbəkə hesabında məlumat yayıb.

“İran İslam Respublikasının Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirib.

Həlak olanların ailələrinə və yaxınlarına, İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasına səmimi-qəlbdən ümid edirik”, – paylaşımda vurğulanıb.

Xatırladaq ki, İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayışda 20-yə yaxın insan ölüb.