“26 may 2025-ci il tarixində Ermənistan baş nazirinin İrəvan Dialoqu zamanı təkrarladığı mövqe, Ermənistanın ərazi iddialarını aradan qaldırmaq üçün konstitusiyasında dəyişiklik etməyə və sülh prosesindəki mövcud problemlərin həllinə hazır olmadığını nümayiş etdirməklə yanaşı, İrəvanın sülhə sadiqliyi ilə bağlı suallar doğurur”.
İctimai.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş nazirinin İrəvan Dialoqu zamanı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.
“Bundan əlavə, Minsk qrupunun rəsmi olaraq ləğvi barədə çağırışları heçə sayaraq, bunun sülh müqaviləsi ilə əlaqələndirilməsi, Ermənistanın regionun reallıqlarına artıq uyğun olmayan bu köhnəlmiş mexanizmi nə üçün bütün üsullarla saxlamağa çalışdığı ilə bağlı suallar yaradır. Minsk qrupunun fəaliyyət sahəsi olan münaqişə həll olunduğuna görə, Azərbaycan haqlı olaraq bu qrupun ləğvini tələb edir. Bu addımın təxirə salınması Ermənistanın niyyətləri barədə şübhələri artırır.