Azərbaycan XİN Qətərə başsağlığı veribbackend

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qətərə başsağlığı verib.

İctimai.az xəbər verir ki, bu barədə Nazirlik “Facebook” hesabında paylaşım edilib.

“Biz Qətər Dövlətinin hökumətinə və xalqına Misirdə baş vermiş avtomobil qəzasında qətərli diplomatların faciəvi ölümü ilə əlaqədar başsağlığı veririk”, – paylaşımda vurğulanıb.

Qeyd edək ki, üç qətərli diplomat Misirdə avtomobil qəzasında həlak olublar.