Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində kadr dəyişikliyi olubbackend

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus “Albalılıq avtoparkı” MMC-nin direktoru İlqar İbrahimov vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, şirkətə rəhbərlik Əyyub Kərimliyə həvalə olunub.

Xatırladaq ki, “Albalılıq avtoparkı” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 17,2 min manatdır.