Azərbaycana gələn özbək qadın hava limanında həbs edildibackend

Azərbaycana gələn Özbəkistan vətəndaşı həbs edilib.

Oxu.Az-ın məlumatına görə, hadisə Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verib.

Özbəkistan vətəndaşı, 1985-ci il təvəllüdlü Şaxlo Uktamovna işləmək üçün Türkiyəyə gedib. O, Türkiyədə iş tapa bilmədiyi üçün Çexiyaya üz tutub. Ancaq Türkiyədən bu ölkəyə birbaşa getmək mümkün olmayıb. Türkiyədə saxta Çexiya pasportu alan özbək qadın Azərbaycana gəlib. Bakı aeroportunda qadının pasportunun saxta olduğu aşkarlanıb və o saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, qadının barəsində həbs qətimkan tədbiri seçilib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Şaxlo Uktamovna yeddi ay müddətinə azadlıqdan məhrum edilib.