Azərbaycana gətirilən minik avtomobilləri ilə bağlı yenilik gözlənilirbackend

Dövlət Gömrük Komitəsi ölkəyə gətirilən minik avtomobillərinin gömrükdə bəyan edilməsi qaydasını elektronlaşdırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.

“Avtomobillərə “Avro-4” standartının verilməsi artıq elektronlaşdırılıb. Dediyim istiqamətdə də iş aparılır. Avtomobillərin gömrük məntəqələrinə gətirilməsi vacib deyil”, – deyə o qeyd edib.