Azərbaycana yeni qaytarılan kənddə mina partlayışı: İki nəfərin ayağı amputasiya olundu

“Mina partlayışı hadisəsi səbəbilə xəsarət alan dörd nəfər (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə hospitalizasiya olunub”.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, ayaq nahiyəsindən xəsarətlər alan 1995 və 1998-ci il təvəllüdlü şəxslərə zəruri tibbi xidmət göstərildikdən sonra onlar tibb müəssisəsinin Reanimasiya Şöbəsinə yerləşdiriliblər. Hər iki yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

“Bədənin müxtəlif nahiyələrində çoxsaylı qəlpə yaraları diaqnozu qoyulan digər iki nəfərə – 1989 və 2002-ci il təvəllüdlü şəxslərə isə Təcili Tibbi Yardım Bölməsində ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirildiyi üçün xəstəxanadan təxliyə ediliblər”, – deyə məlumatda qeyd olunur.

Oxşar xəbərlər