Azərbaycanda 22 yaşlı tələbə vəfat etdibackend

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin 4-cü kurs tələbəsi Sona Qarazadə 22 yaşında qəflətən vəfat edib.

Bu barədə Texniki Universitet “Facebook” səhifəsində məlumat yayıb.

Qeyd edilib ki, Sona Qarazadə Universitetin əlaçı tələbələrindən idi.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, S.Qarazadə xərçəng xəstəliyindən dünyasını dəyişib.