Azərbaycanda 23 yaşlı müəllim koronavirusdan vəfat etdibackend

Azərbaycanda gənc müəllim koronavirusdan vəfat edib.

İctimai.az-ın məlumatına görə, bir neçə gün öncə koronavirusa yoluxan Şəbnəm Qurbanova bu gün dünyasını dəyişib.

O, ingilis dili müəllimi kimi fəaliyyət göstərib.

23 yaşlı müəllim avqustun 17-də koronavirusa yoluxması barədə sosial şəbəkədə paylaşım edib:

“Virusa mən də yoluxdum. Necə şiddətli, ağır xəstəlikdir.. Özünüzü qoruyun. Məni hərəkətsiz yataq xəstəsi edib”.