Azərbaycanda 500 manatlıq xatirə pul nişanları dövriyyəyə buraxılıb – FOTObackend

Azərbaycan Mərkəzi Bankı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun əzəli torpağımız olan Qarabağın azadlığı uğrunda apardığı və zəfərlə başa vurduğu Vətən müharibəsinin yaddaşlara həkk olunması, Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və işğaldan azad edilmiş şəhər və rayonlarımızın tarixinin, milli və mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə silsilə xatirə pul nişanlarını dövriyyəyə buraxıb.

“Report”un əldə etdiyi məlumata görə, onlar qarşıdan gələn 8 noyabr – Zəfər Günü ilə əlaqədar hazırlanıb.

Aralarında 500 manatlıq əskinas da olan xatirə pul nişanlarının üzərində “Qarabağ Azərbaycandır!”, eləcə də Azərbaycanın işğaldan azad edilmiş şəhər və rayonlarının adları yazılıb.