Azərbaycanda ailəsini təhqir edən polis işdən qovuldubackend

Azərbaycanda polis əməkdaşı olduğu deyilən şəxsin mübahisə zəminində yaşlı qadını təhqir etdiyinə dair görüntülər yayılıb.

Sözügedən görüntülər sosial şəbəkələrdə sürətlə tirajlanıb. Ailədaxili mübahisə zəminində cavan oğlan yaşlı qadına qarşı söyüş və təhqirlər səsləndirir. Videoda qadın ananı söyməzlər deyə ifadə səsləndirib.

İlkin ehtimala görə, oğlan öz anasına qarşı bu cür xoşagəlməz davranışlar sərgiləyib. Oğlu tərəfindən təhqir edilən qadın isə ağlaya-ağlaya onun söyüş söyməməsini deyib. Görüntülərdə qadına əl qaldırmaq istəyən oğlanı yeniyetmə otaqdan çıxarıb.

Paylaşım edən şəbəkə istifadəçiləri qadını təhqir edən şəxsin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşı Abbasov Kamran Nadir oğlu olduğu iddia edir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən İctimai.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

İctimai.az