Azərbaycanda azyaşlı faciəvi şəkildə öldübackend

Gəncədə 13 yaşlı uşaq dəm qazından boğularaq ölüb.

APA-nın məlumatına görə, hadisə şəhərin Məhsəti Gəncəvi qəsəbəsində qeydə alınıb.

2007-ci il təvəllüdlü Əkbərov Xəyal Rövşən oğlu zəhərlənmə əlaməti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstəyə lazımi tibbi yardım göstərilib, ancaq həkimlərin yardımlarına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İctimai.az