Azərbaycanda bankın lisenziyası ləğv edildibackend

Azərbaycan Mərkəzi Bankı (AMB) “Günay Bank” ASC-nin lisenziyasını ləğv edib.

Bu barədə AMB məlumat yayıb.

Belə ki, Mərkəzi Bankın İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən, “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib.

Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.