Azərbaycanda bankların dollara tələbi yenə yüksək olubbackend

Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankından məlumat verilib.

Hərracda tələb 100,1 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 səviyyəsində formalaşıb.

Qeyd edək ki, əvvəlki valyuta hərracında tələbin ötən aylara nisbətən yüksək olması ilə bağlı Mərkəzi Bankın açıqlamasında bildirilib ki, son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndirib və bu da valyuta hərracında tələbin nisbətən artmasına təsir edib.