Azərbaycanda benzin və dizelin istehsalı artıbbackend

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2459.4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.9% artıb.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında ağ neft istehsalı 10.2%, neft bitumu istehsalı 3.3%, avtomobil benzininin istehsalı 2.1% artıb, mazut istehsalı isə 75% azalıb.