Azərbaycanda bıçaqlanan vəzifəli şəxs səhhətindən danışdıbackend

“Azərtoxum” MMC-nin bıçaqlanan direktoru Məzahir Qasımovun vəziyyəti normaldır, hazırda Bərdə Rayon Xəstəxanasında tibbi yardım alır.

Bu barədə Trend-ə “Azərtoxum” MMC-nin direktoru Məzahir Qasımov özü məlumat verib.

Onun sözlərinə görə, hadisə kiçik münaqişə zəminində baş verib, dava edən şəxsləri ayırmaq istəyən zaman bıçaqlanıb:

“Hazırda xəstəxanadayam, vəziyyətim normaldır, kiçik bir məsələdir, narahatlığa əsas yoxdur”.

İctimai.az