Azərbaycanda bir ayın əsgəri iynədən şoka düşüb öldübackend

Oğuz rayonunun Xaçmaz kəndindən hərbi xidmətə çağırılan əsgər Fariz Sadiq oğlu İsayev dünyasını dəyişib.

İctimai.az Bakupost.az-a istinadla xəbər verir ki, 20 yaşlı Fariz hərbi xidmətə bir ay öncə başlayıbmış.

Andiçmə mərasimindən üç gün sonra əsgər mayın 10-da dünyasını dəyişib.

İddialara əsasən, qızdırması olan əsgərə antibiotik iynəsi vurulub və o, iynənin təsirindən şoka düşərək ölüb.

Qeyd edək ki, əsgərin ölümü ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.