Azərbaycanda bu bankın problemli krediti 88 faiz olub – RƏSMİbackend

“Lisenziyası geri çağırılan dörd bankın sektorda payı əhəmiyyətli deyildi. Bu pay cəmi sektorun aktivlərinin 2,5 faizini təşkil edirdi. Həmin bankların maliyyə vəziyyətində ciddi problemlər var idi”.

İctimai.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dörd bankın maliyyə portfelinin keyfiyyəti qeyri-qənaətbəxşdir:

“Bankların balansında olan ipoteka kreditlərini istisna etsək, bu bankların problemli kreditlərinin həcmi 73 faizdir. “Atabank” ASC-də isə bu faiz 88-ə çatırdı. Banklarda əhalinin 690 milyon manata yaxın əmanətləri var idi. Bunlar üçün belə bir şəraitdə portfelin 3/4-ü işlək deyilsə, təbii ki, ciddi təhdidlər yaranır”.

İctimai.az