Azərbaycanda bu markalı benzinlər ucuzlaşırbackend

Azərbaycanda Aİ-95 markalı benzin ucuzlaşacaq.  

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu marka yanacağın qiyməti martın 13-dən etibarən aşağı düşəcək.

Belə ki, premium benzinin qiymətinin 20% ucuzlaşacağı gözlənilir.

Qeyd edək ki, hazırda Aİ-95 markalı benzinin bir litri 1.5 manata satılırdı.

Azərbaycanda Aİ-98  markalı benzin də ucuzlaşacaq.

Oxu.Az-ın əldə etdiyi eksklüziv məlumata görə, “Euro 98 Super” markalı yanacağın qiyməti martın 13-dən etibarən aşağı düşəcək.

Belə ki, super benzinin qiymətinin 20% ucuzlaşacağı gözlənilir.

Qeyd edək ki, hazırda Aİ-98 markalı benzinin bir litri 1.6 manata satılırdı.

İctimai.az