Azərbaycanda daha 35 nəfər COVID-19-a yoluxub, dörd nəfər vəfat edibbackend

Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına 35 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən dörd nəfəri vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 944 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 654 nəfər müalicə olunaraq sağalıb, hazırda 205 aktiv xəstə var. Bu günə qədər 10 085 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 256, bu günə qədər isə ümumilikdə 7 487 550 test icra olunub.