Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi – FOTObackend

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib. 

İctimai.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, 5 saylı poliklinikanın həkimi Təranə Quliyeva COVID-19-a yoluxub.

Müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edilib ki, o, yoluxmuş xəstələrlə ünsiyyət zamanı amansız virusa tutulub.