2025-ci ildən etibarən regional təhsil idarəsinin strukturunda müvafiq dəyişiklik edilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar olaraq, metodiki kabinetlərdə çalışan metodistlər razılıqları əsasında ümumi təhsil müəssisələrində müvafiq vəzifələrə yerləşdirilib.
“Eyni zamanda, metodiki kabinetdə texniki vəzifələrdə çalışan işçilər isə idarədə vəzifə maaşı eyni olan digər texniki işçi vəzifələrinə keçirilib. Ümumilikdə 48 əməkdaşın 46-nın işlə təminatı prosesi artıq həyata keçirilib”,- deyə məlumatda qeyd olunub.