Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat edib? – AÇIQLAMAbackend

Kürdəmir rayonunda icra nümayəndəsi vəfat edib.

İctimai.az xəbər verir ki, rayonun Topalhəsənli kənd üzrə icra nümayəndəsi 59 yaşlı Rəsulov Rasim Aydın oğlu bu gün günorta saatlarında ölüb.

Onun koronavirusdan öldüyü iddia edilir.

Kürdəmir Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, R.Rəsulov ağır dərəcəli şəkərli diabet xəstəsi olub.

“R.Rəsulovun dünən halı pisləşib. Xəstəxanaya gələrək koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar test verib. Hazırda test analizinin cavabı məlum deyil. Hələlik ölüm səbəbi bilinmir”.

Qeyd edək ki, R.Rəsulov 10 ilə yaxın bu vəzifədə çalışıb.

İctimai.az