Azərbaycanda daha iki məktəb bağlandı

Young unrecognisable female college student in class, taking notes and using highlighter. Focused student in classroom. Authentic Education concept.

Azərbaycanda daha iki məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

İctimai.az-ın əldə etdiyi məlumatına görə, Hacıqabul rayonun Talış və Rəncbər kənd tam orta məktəbində müəllimlər arasında koronavirus xəstəliyi (COVID-19) yayılıb.

Bu səbəbdən məktəblər iki həftəlik karantinə bağlanıb.

Qeyd edək ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılıb. Son günlər digər rayonlarda da bir neçə məktəb distant təhsilə keçib.

Oxşar xəbərlər