Azərbaycanda daha iki nəfər COVID-19-dan ölübbackend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına üç yeni yoluxma faktı qeydə alınıb, doqquz nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən iki nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 735 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 978 nəfər müalicə olunaraq sağalıb, 9 712 nəfər vəfat edib, aktiv xəstə sayı 45 nəfərdir.

Ölkədə son sutka ərzində 2 692, hazırkı dövrədək isə 6 883 123 test aparılıb.