Azərbaycanda ehtiyatda olan polkovnik vəfat edibbackend

Azərbaycanda ehtiyatda olan polkovnik vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Rasim İbrahimovun üç ildir xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, Rasim İbrahimov 30 ilə yaxın ordu sıralarında xidmət edib. Birinci ordu korpusunun maliyyə xidmətinin rəisi işləyib. 2020-ci ilin Vətən müharibəsindən sonra Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin rəisi təyin olunub.