Azərbaycanda əməkdar artist dünyasını dəyişdibackend

Əməkdar artist Almaz Mustafayeva dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gənc Tamaşaçılar Teatrının mətbuat xidməti məlumat verib.

Aktrisa Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. “Azərbaycanfilm” kinostudiyasının nəzdində üç illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.

Qeyd edək ki, aktrisa “Sehirli xalat”, “Yeddi oğul istərəm”, “Aktirsanın təbəssümü”, “Şir evdən getdi”, “Cavanşir” və başqa filmlərdə çəkilib.