Azərbaycanda general vəzifəsindən azad edildibackend

General-leytenant Ragim Əhəd oğlu Lətifovun adı Fövqəladə Hallar Nazirliyinin saytında nazir müavinləri siyahısından çıxarılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, R.Lətifov vəzifəsindən azad edilib.

Onun hansı səbəbdən işdən ayrılması ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, bu barədə ilk məlumatı “Qaynarinfo” yayıb.