Azərbaycanda iki general ehtiyata buraxıldıbackend

Dövlət Sərhəd Xidməti (DSX) rəisinin iki müavini ehtiyata buraxılıb.

Bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, bu gün DSX-nin aparatında Azərbaycan Sərhəd Müha­fizə­si­nin 102-ci ildönümü münasibətilə təntənəli mərasim çərçivəsində DSX rəisinin Silahlı Qüvvələrin ehtiya­tına buraxılmış sabiq müavinləri general-leytenant Azad Ələkbərov və general-leytenant İsmayıl Əkbərov DSX-nin döyüş bayrağı ilə vidalaş­ıblar.