Azərbaycanda iki qurum birləşir: Yeni mərkəz yaradılırbackend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində “Həyat Ticarət Mərkəzi” Dövlət Müəssisəsi və “Əlillərin Məişət Xidməti Cərgəsi” Dövlət Müəssisəsi birləşir.

Oxu.Az-ın məlumatına görə, bu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində öz əksini tapıb.

Belə ki, birləşmə yolu ilə yenidən təşkil nəticəsində “Sosial Dəstək Mərkəzi” publik hüquqi şəxsi yaradılır.