Azərbaycanda iki rayona polis rəisi təyin edildibackend

Qubadlı və Qobustan rayon polis şöbələrinə (RPŞ) rəis təyin edilib.

İctimai.az-ın əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qubadlı RPŞ-nin rəisi polis polkovnik-leytenantı Bəhruz Cabbarov vəzifəsindən azad edilərək Qobustan RPŞ-yə rəis təyin olunub.

Bundan başqa, nazirin digər əmri ilə Siyəzən RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Əhməd Nəcəfov vəzifəsindən azad olunaraq Qubadlı RPŞ-yə rəis təyin edilib.