Azərbaycanda ilk vaksin hazırlanır – RƏSMİbackend

Azərbaycanda ilk dəfə vaksin yaradılması üçün tədqiqatlara başlanılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.

“Uzun illərdən sonra ilk dəfə ölkəmizdə vaksin yaradılması, COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimyəvi terapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib”, – deyə o qeyd edib.