Azərbaycanda işğaldan azad olunmuş ərazilərə gedənlərə XƏBƏRDARLIQbackend

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi əhaliyə xəbərdarlıq edib.

Oxu.Az-ın müxbirinin məlumatına görə, ANAMA-nın direktoru Qəzənfər Əhmədov mətbuat konfransında bildirib ki, insanlar şübhəli və təhkükəli ərazilərə daxil olmamalıdır:

“Naməlum əşyalara toxunulmamalıdır. Onlar naməlum əşyalar görərsə, dərhal Daxili İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə və yerli Rayon Polis Şöbəsinə müraciət etməlidirlər”.

O qeyd edib ki, ərazilər minalardan təmizlənəndən sonra vətəndaşların öz dədə-baba yurdlarına baş çəkməsi üçün şərait yaradılacaq.

İctimai.az